Yəmən və Bəhreyndə Fələstinə dəstək aksiyası

Yəmən və Bəhreyndə Fələstinə dəstək aksiyası

Bəhreyn və Yəmən xalqı İsrail rejiminin Qəzzə  xalqına  qarşı cinayətlərinə etiraz  olaraq aksiya keçiriblər.

Əl Aləm telekanalının məlumatına əsasən, dünən (19 yanvar) Bəhreynin Əl Diraz şəhərində Fələstin xalqına dəstək aksiyasında  bəhreynlilər  əllərndə Fələstin bayrağıı dalğalandırararq   İsrail rejimi əleyhinə şüarlar səsləndirib və sionist düşmənlə mübarizədə Livan Hizbullahı baş katibi Seyid Həsən Nəsrullaha çəkdiyi zəhmətlərə görə təşəkkür ediblər.

https://baku.tv/dunyaa/yemen-paytaxtinda-abs-eleyhdarlari-ve-felestin-terefdarlarinin-genismiqyasli-aksiyasi-kecirildi-118011

Aksiyaçılar həmçinin sionist rejimmin Manamadakı səfirinin dərhal ixrac edilməsini tələb ediblər.Yəmən xalqı da dünən (19 yanvar)  bir neçə həftə ardıcıl olaraq Səədə küçələrinə çıxaraq “Biz Fələstinin yanındayıq” və “Amerika terrorizmin anasıdır” şüarları ilə Amerika koalisiyasının hərəkətlərini pisləyiblər.

Ötən həftənin cümə günü, yanvarın 12-də Yəmən xalqı möhtəşəm yürüşdə iştirak edərək Amerika koalisiyasının öz ölkələrinə qarşı təcavüzkar hücumlarını pisləyib və “Vəd edilmiş qələbə və müqəddəs cihad” şüarı ilə Fələstin xalqına dəstək olduqlarını bəyan ediblər.

Yəmən xalqının bugünkü kütləvi nümayişinə bu ölkənin şimalında yerləşən Səədə vilayətindəki bir neçə bölgədən əlavə, Əl-Mərzəm, Şəarə, Razeh, Əl-Cərşə və Munəbbə kimi digər ərazilər də daxildir.

 Fələstin xalqını dəstəkləmək və ABŞ və İngiltərənin təcavüzünü pisləmək hələ də Yəmən milli çevrilişinin iki əsas istiqamətidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 1 =