Yəmən xalqının fəryadı: “Amerika terrorizmin anasıdır!”

Yəmən xalqının fəryadı: “Amerika terrorizmin anasıdır!”

Yəmən xalqı bu gün, cümə günü, yanvarın 19-u, bir neçə həftə ardıcıl olaraq Səədə küçələrinə çıxaraq “Biz Fələstinin yanındayıq” və “Amerika terrorizmin anasıdır” şüarları ilə Amerika koalisiyasının hərəkətlərini pisləyib.”

 “ABŞ sionist rejimin maraqlarını təmin etmək məqsədi ilə Yəmən xalqını hədəfə almağı planlaşdırır. Lakin bu, bizim Fələstinə qarşı milli mövqeyimizə təsir etməyəcək.” – bu, Yəmən xalqının bugünkü yürüşündə verdiyi bəyanatın bir hissəsidir.

Yəmən xalqı bu bəyanatda İslam xalqları və ərəb ölkələrindən İsrail işğalı ilə şərik olan rejimlərin qoyduğu qorxu və sükut səddini aşmağı, Amerika və İsrail mallarına iqtisadi embarqonun əhatəsini genişləndirməyi istəyib.

Yəmən ordusunun Qırmızı dənizdə İsrail gəmiləri və Amerika qüvvələrinə qarşı əməliyyatlarına cavab olaraq ABŞ və Böyük Britaniya təyyarə, gəmi və sualtı qayıqlarla Yəməndə 12-dən çox yeri hədəf alıb. Bu hücumdan dərhal sonra Yəmənin Ənsarullah qüvvələri Qırmızı dəniz və Babəl-Məndəbdəki düşmən mövqelərinə ballistik raketlər atdıqlarını açıqlayıb.

Ötən həftənin cümə günü, yanvarın 12-də Yəmən xalqı möhtəşəm yürüşdə iştirak edərək Amerika koalisiyasının öz ölkələrinə qarşı təcavüzkar hücumlarını pisləyib və “Vəd edilmiş qələbə və müqəddəs cihad” şüarı ilə Fələstin xalqına dəstək olduqlarını bəyan ediblər.

Yəmən xalqının bugünkü kütləvi nümayişinə bu ölkənin şimalında yerləşən Səədə vilayətindəki bir neçə bölgədən əlavə, Əl-Mərzəm, Şəarə, Razeh, Əl-Cərşə və Munəbbə kimi digər ərazilər də daxildir.

 Fələstin xalqını dəstəkləmək və ABŞ və İngiltərənin təcavüzünü pisləmək hələ də Yəmən milli çevrilişinin iki əsas istiqamətidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =