Yəmən zədələnmiş “Sounion” neft tankerinin bölgədən çıxması ilə razılaşdı
Yəmən sülh danışıqlarında Ənsarullahın Qırmızı dənizdəki hücumda zədələnmiş neft tankeri “Sounion”u yedəkləməyə razılaşdığını açıqlayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Yəmən sülh danışıqlarında Səna nümayəndə heyətinin rəhbəri və Ənsarullah hərəkatının sözçüsü “Məhəmməd Əbdülsəlam” dünən axşam (28 avqust) “Sounion” neft tankerinin məntəqədən çıxarılmasına razı olduğunu bildirib.
Əbdüs Salam deyib: Bir neçə beynəlxalq təşkilat, xüsusən də Avropa təşkilatları ilə müzakirələrdən sonra yanaraq zədələnmiş “Sounion” gəmisini yedək gəmiləri vasitəsilə çıxarılmasına icazə verdik.
Bundan əvvəl İranın BMT-dəki nümayəndəliyi Yəmənin Ənsarullah hərəkatının bu tankerə kömək etməyə razılaşdığını açıqlamışdı.
Yunanıstan bayrağı altında Qırmızı dənizdə olan “Sounion” neft tankeri dünən günortadan sonra Yəmən silahlı qüvvələri tərəfindən hədəfə alınıb. Bu tankerin 150 min ton xam neft daşıma potensialı var və onun ekipajı Yəmənin hücumundan sonra təxliyə edilib.