Yəməndə elektrik enerjisinin olmaması və qiymətlərin sürətlə artmasına qarşı kütləvi etirazlar keçirilir

Yəməndə elektrik enerjisinin olmaması və qiymətlərin sürətlə artmasına qarşı kütləvi etirazlar keçirilir

Yəməndə elektrik enerjisinin olmaması və qiymətlərin sürətlə artmasına qarşı kütləvi etirazlar keçirilir.

Yəməndə Səudiyyə koalisiyasının nəzarəti altında olan bölgələrdə elektrik enerjisinin olmaması, qiymətlərin artması və valyutanın ucuzlaşması insanları küçələrə çıxarıb.

Mehr Xəbər Agentliyinin məlumatına görə, Əl-Məsirə kanalı Yəmənin Ədən şəhəri və bəzi işğal olunmuş əyalətlərində elektrik enerjisinin olmaması, qiymətlərin qəfil artması və valyutanın dəyərinin kəskin şəkildə aşağı düşməsi səbəbindən küçələrdə nümayişlərin keçirildiyini elan edib.

Səudiyyə koalisiyası və ona bağlı qrupların nəzarəti altında olan Yəmənin cənub əyalətləri elektrik enerjisi böhranı və valyutanın dəyərinin düşməsi səbəbindən geniş etirazların şahidi olur.

Nümayişçilər təkərləri yandıraraq vəziyyətin acınacaqlı olduğu Ədən şəhərinə gedən mühüm yolları bağlayıblar.

Səudiyyə koalisiyasının nəzarəti altında olan Həzrəmovt əyalətində son bir neçə saat ərzində elektrik böhranı və xidmət çatışmazlığına qarşı genişmiqyaslı nümayişlər keçirilib.

Həmçini,n Abin əyalətinin Zənzibar şəhərinin küçələrində elektrik böhranı və qəfil qiymət artımına qarşı nümayiş keçirilib.

Yəmən mənbələri gündə iyirmi saat elektrik enerjisinin kəsilməsinin Yəməndə Səudiyyə koalisiyasının nəzarəti altında olan bölgələrin sakinlərini məyus etdiyini və qəzəbləndirdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 18 =