Yəməndə il yarım əvvəl oğurlanmış 5 BMT əməkdaşı sərbəst buraxılıb

Yəməndə il yarım əvvəl oğurlanmış 5 BMT əməkdaşı sərbəst buraxılıb

2022-ci ilin fevralında Yəmənin cənubunda, səfər missiyasından sonra Ədənə qayıdarkən naməlum silahlı şəxslər tərəfindən oğurlanmış BMT Təhlükəsizlik Departamentinin əməkdaşları sərbəst buraxılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin ofisinin məlumatında deyilir.

“Baş katib 2022-ci il fevralın 11-də Yəməndə oğurlanmış BMT Təhlükəsizlik Departamentinin beş üzvü – Akma Sufiul Anam, Mazen Bavazir, Bakil əl-Mehdi, Məhəmməd əl-Mulaiki və Xaled Moxtar Şeyxin azad edilməsindən məmnundur. Mövcud məlumata görə, həmkarlarımızın hamısının səhhəti yaxşıdır”, – məlumatda vurğulanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × five =