Yəmənin cənub xalqı ərəb koalisiyasının bölgədən çıxarılmasını tələb edib

Yəmənin cənub xalqı ərəb koalisiyasının bölgədən çıxarılmasını tələb edib

Yəmənin cənubunda bir qrup insan çərşənbə axşamı gecə şüarlar səsləndirərək ərəb koalisiyasının ölkələrindən çıxmasını tələb edib.

İRNA-nın Əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, nümayişçilər Ədəndə küçələri bağlayıb və Səudiyyə Ərəbistanının başçılıq və BƏƏ-nin müşayiət etdiyi ərəb koalisiyasına qarşı şüarlar səsləndiriblər.

Etiraz aksiyası Yəmənin cənubunda yerləşən Ədən şəhərinin bir sıra bölgələrində davam edib və insanlar da bu bölgələrdə elektrik enerjisinin tez-tez kəsilməsini, yaşayış şəraitinin və xidmətin pisləşməsini qətiyyətlə pisləyiblər.

Məhz bu ilin aprel ayının sonunda Yəmən mediası ABŞ-ın Ədən məsələsini ərəb koalisiyasından rəsmən öz üzərinə götürdüyünü açıqladı və eyni zamanda Səudiyyə Ərəbistanı istefa vermiş hökumətin rəsmilərini Ədənə qaytarmağa başladı.

 “Əl-Xəbərəl-Yəməniyy” xəbər saytı amerikalı ekspertlərin Ədəndəki təhlükəsizlik vəziyyətini öz xeyrinə nizamlamağa başladığını bildirib. Belə ki, Amerikanın yüksək rütbəli məmurları bu şəhərdə hökmranlıq edən muzdlularla danışırlar.

Ədən BƏƏ-yə bağlı “Cənub Keçid Şurası” kimi tanınan elementlər nəzarəti edir.

 Bu internet saytı Amerika rəsmilərinin bu görüşdə Ədənin siyasi, iqtisadi və sosial məsələlərini müzakirə etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =