Yəmənin Ənsarullah hərəkatı işğal olunmuş ərazilərə raket zərbələri endirib
Çərşənbə axşamı gecəsi sionist ordu Yəmənin Ənsarullah hərəkatının işğal olunmuş ərazilərə raket hücumunu təsdiqləyib.
İRNA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, sionist ordu iddia edib:
Ordunun hava hücumundan müdafiəsi Əqabə dənizi ərazisindən atılan raketi İsrailə çatmamış vurub.
Bununla bağlı Sionist media bu raketin husilərin Yəməndən atdığı yer-yer raketi olduğunu bildirib.
Hələlik Yəmənin Ənsarullah hərəkatı bu raketin atılması ilə bağlı heç bir reaksiya verməyib.
Ötən bazar günü bəzi xəbər mənbələri Ənsarullah hərəkatının ballistik raketinin Səudiyyənin hava hücumundan müdafiəsi tərəfindən vurulduğunu iddia etmişdi.
Ötən həftə İbrani mediası şəkillər dərc edərək Səudiyyənin hava hücumundan müdafiə sistemlərinin Yəməndən işğal olunmuş ərazilərə doğru atılan ballistik raketi zərərsizləşdirdiyini iddia etmişdi.
Yəmən silahlı qüvvələri son günlər sionist rejimin Qəzzə zolağında törətdiyi vəhşi cinayətlərin davam etməsi və günahsız Fələstin xalqının qətliamına cavab olaraq işğal olunmuş Fələstinə doğru onlarla raket və pilotsuz təyyarələr atıb.
Yəmən silahlı qüvvələri ötən cümə günü bir bəyanat yayaraq, sionist düşmənin müxtəlif həssas hədəflərinə, o cümlədən Eylatda işğal olunmuş torpaqların cənubundakı hərbi hədəflərə ballistik raketlərlə hücum etdiklərini açıqlayıb.