Yəmənin Müdafiə naziri: Barmağımız tətikdədir

Yəmənin Müdafiə naziri: Barmağımız tətikdədir

Yəmənin Müdafiə naziri amerikalı işğalçılar və onun qərb müttəfiqlərinə bölgəni tərk etməyi tövsiyə edərkən, onlara xəbərdarlıq edib ki, yəmənli döyüşçülərin barmağı tətikdədir.

İRNA-nın Əl-Məsirə kanalına istinadən cümə günü verdiyi məlumata görə, Yəmənin Milli Qurtuluş Hökumətinin Müdafiə naziri general-mayor Məhəmmədnasir Əl-Atifi deyib: Biz düşmənin qarşısını almağa və reaksiya verməyə hazırıq və Qırmızı və Ərəb dənizlərində üstünlüyə malik olan da bizik.”

Yəmənin Müdafiə naziri deyib: “Qəzzədə xalqımıza qarşı müharibə nə qədər uzun sürərsə, düşmən üçün bir o qədər çox sürprizlərimiz olacaq və bu sürprizləri Yəmənin lideri (Əbdülmalik Bədrəddin Əl-Husi) seçir.”

O, əlavə edib: Biz Yəmənin dənizlərində, adalarında və bütün coğrafiyasında olanlara bildiririk ki, vəlilik, hökmranlıq və itaət dövrü dəfn edilib və əbədi olaraq yox olub və tam suverenlik və milli iradə ilə qərarlar verən yeni bir Yəmən meydana gəlib.

Yəmənin Müdafiə naziri amerikalılara və ingilislərə deyib: Sizdən bölgəni tərk etməyinizi və bəhanələr son qoymağınızı tələb edirij. Çünki barmağımız tətikdədir və ruhumuz poladdan güclüdür.

Əl-Atifi davam etdi: Biz dəfələrlə xəbərdarlıq etmişik ki, Qırmızı dəniz sionist düşmənə qadağandır. Biz yalnız düşmən İsrailin gəmilərini və ya onunla əlaqəli və ya onun limanlarına gedən gəmiləri hədəf alırıq.

Bu Yəmən rəsmisi həmçinin qeyd edib: Qırmızı dəniz, Ədən körfəzi və Ərəbistan dənizindən keçən dünyanın digər gəmilərinin tam əmin-amanlıqda olduğunu və onlara heç bir zərər dəyməyəcəyini vurğulayırıq.

Bu bəyanatlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsindən sonra, cümə axşamı gecəsi ABŞ və Böyük Britaniyanın Yəməndəki Ənsarullah mövqelərinə hücuma keçməsindən sonra verilib. Xəbər mənbələri cümə günü səhər xəbər veriblər ki, Yəmən Milli Ordusu ABŞ və İngiltərənin bu ölkəyə qarşı hava təcavüzünə cavab olaraq Qırmızı dənizdə ABŞ-a məxsus olan hədəfi hədəf alıb.

İRNA müxbirinin məlumatına görə, Amerikanın CNN xəbər kanalı cümə axşamı gecə adını açıqlamayan amerikalı rəsmiyə istinadən xəbər verib: Onlar nəzarət etdikləri bölgələrdə husilərə (Ənsarullah) aid bir neçə hədəfə hücum ediblər.

CNN bu amerikalı rəsmiyə istinadla bildirib: Amerikanın sualtı gəmisi USS Florida Husilərin (Yəmənin Ənsarullah) mövqelərinə hücumlarda iştirak edib.

Amerika Demokratlarına bağlı CNN xəbər kanalı bildirib ki, Bayden administrasiyası Yəmənə hava hücumundan əvvəl bu hücum barədə ABŞ Konqresini məlumatlandırıb.

Yəmən ordusu son həftələrdə Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq, Qırmızı dənizdə işğal olunmuş ərazilərə gedən sionist rejimin bir neçə gəmisini və ya bu rejim üçün yük daşıyan gəmiləri hədəfə alıb.

Yəmən ordusunun qüvvələri İsrail rejimi Qəzza zolağına hücumlarını və bu bölgə xalqının qətliamını dayandırmayana qədər Qırmızı dənizdə bu rejimin gəmilərinə və ya işğal olunmuş ərazilərə gedən gəmilərə hücumlarını davam etdirəcəklərinə söz veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + thirteen =