Yəmənin paytaxtı hücuma məruz qaldı

Yəmənin paytaxtı hücuma məruz qaldı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə döyüş təyyarələri çərşənbə axşamı səhər Yəmənin paytaxtı Sənada bir neçə mülki ərazini bombalayıb.

Ənsarullah hərəkatının informasiya saytı bir təhlükəsizlik mənbəsinə istinadən məlumat verib ki, Səudiyyə qırıcıları Sənanın şimalındakı əl-Ətab yaşayış məntəqəsini 3 dəfə hədəfə alıb və nəticədə dövlət obyektlərinə və şəxsi mülklərə ziyan dəyib.

Mənbənin məlumatına görə, hücum nəticəsində Şimali Əl-Sittin küçəsində yerləşən bir xəstəxananın şərqindəki təkər zavodu dağıdılıb. Mənbə həmçinin vurğulayıb ki, Səudiyyə koalisiyası qırıcılarının Yəmənin paytaxtında yaşayış məntəqələrinə etdiyi bu hücumlar qəsdən dinc sakinləri öldürmək məqsədi daşıyır.

Əl-Xəbər Əl-Yəməni saytı isə Səna əhalisinin dərc etdiyi fotolara əsasən, bu hücumlarda fosfor bombalarından istifadə olunma ehtimalının olduğunu yazıb.

Bu arada Əl-Ərəbiyyə telekanalı Səudiyyə qırıcılarının Sənada silah və raket anbarlarını hədəf aldığını və hücumların beynəlxalq hüquqa uyğun olaraq həyata keçirildiyini iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =