Yəmənin qərbində Amerika və İngiltərə hava hücumları davam edir

Yəmənin qərbində Amerika və İngiltərə hava hücumları davam edir

ABŞ və Böyük Britaniyanın təcavüzkar koalisiyası cümə axşamı axşam saatlarında Yəmənin qərbindəki Əl-Hədidə vilayətinin şimalındakı əraziləri hədəfə alıb.

Cümə axşamı axşam ABŞ və İngiltərə Yəmənin qərbində yerləşən Əl-Hədidə əyalətinin “Rəsu İsa” və “Əl-Kuveyzi” iki bölgəsini dörd dəfə bombalayıb.

Bununla bağlı Əl-Məsirə şəbəkəsi Amerika və Britaniya qırıcılarının iki dəfə “Rəsu İsa” və iki dəfə isə “Əl-Kuveyzi” bölgəsinə hücum etdiyini bildirib.

Son günlər Rəsu İsa bölgəsi bu təcavüzkar qüvvələrin daha bir neçə hava hücumunun hədəfinə çevrilib.

Amerika və İngiltərə Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyini qorumaq bəhanəsi ilə son bir neçə gündə Yəmən ordusunun mövqelərinə dəfələrlə hücum edib.

Yəmən ordusu Qəzzada müharibə dayanana və bu zolağın blokadası götürülənə qədər Qəzzə xalqına və Fələstin müqavimətinə dəstək olaraq Qırmızı dənizdə sionist rejimlə əlaqəli gəmilərə qarşı hücumlarını davam etdirəcəyini açıqlayıb.

Yəmən Ənsarullahının lideri Seyid Əbdülməlik Əl-Husi bu gün (cümə axşamı) çıxışında Yəmən silahlı qüvvələrinin Qəzzəyə dəstək əməliyyatlarında indiyədək 54 gəminin hədəf alındığını açıqlayıb.

O, bu çıxışının sonunda vurğulayıb ki, “Amerika və İngiltərə hücumları heç bir şəkildə bizim hərbi gücümüzə təsir etməyib, əksinə eskalasiya və inkişaf yolu davam edir və Yəmən silahlı qüvvələrinin Qırmızı dənizdəki əməliyyatları davam edəcək və daha səmərəli şəkildə genişlənəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =