Yəmənin şəhərlərində müqavimətə və Qəzzaya dəstək yürüşü
On minlərlə yəmənli Sənanın Yeddinci Meydanı və digər əyalətlərdə “Qəzzaya dəstək yürüşlərini davam etdirib.
Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (6 dekabr) keçirilən bu kütləvi yürüşlərdə, həmişə olduğu kimi, bəyanat yayımlanıb.
Bəyanatda deyilir: Biz sionist yəhudilərin bizim birinci düşmənimiz olduğunu bilir, onların Qəzzada törətdikləri cinayətlər, müqəddəs yerlərin təhqir edilməsi və Qurani-Kərimin yandırılmasının buna sübut olduğunu açıq-aşkar görürük.
Bəyanatda həmçinin deyilir: Biz Donald Trampa Fələstin müqavimətinə qarşı son təhdidləri barədə deyirik: Biz və xalqımızın bütün mücahidləri Amerikanın təhdidindən və cəhənnəmindən qorxmuruq!
Bu bəyanatda sionist düşmənin dərinliklərini hədəfə alan Yəmən silahlı qüvvələri və İraq İslami müqavimətinin son əməliyyatı təbrik edilib.