Yəmənin xəbərdarlığı: Amerika odda yanacaq

Yəmənin xəbərdarlığı: Amerika odda yanacaq

Yəmənin danışıqlar qrupunun üzvü Amerika xarici işlər nazirinin regiona səfəri barədə deyib: Müharibə miqyasının genişlənməsinin qarşısını almaq üçün bu amerikalı rəsminin səfərinə ehtiyac yoxdur. Çünki heç kəs bu məsələnin ardınca deyil.

Yəmənin danışıqlar qrupunun üzvü Əbdülməlik Əl-Əcri ABŞ dövlət katibi Entoni Blinkenin bölgəyə səfərinə cavab olaraq deyib:

ABŞ dövlət katibinin region ölkələrini müharibəni genişləndirməməyə inandırmaq üçün bölgəyə səfər etməsinə ehtiyac yoxdur, çünki bu məsələni nə biz, nə də başqa ölkə istəmir.

Əl-Əcri həmçinin vurğulayıb: Əgər bu səfərin məqsədi Yəmənə qarşı hər hansı bir addıma zəminə hazırlamaqdırsa, bu yolla odun üstünə benzin tökülüb və onlar (amerikalılar) həmin odda ilk yananlar olacaqlar.

Əl-Məsirə xəbər kanalı bu yəmənli rəsmiyə istinadən xəbər verib ki, müharibənin əhatə dairəsinin genişlənməsinin qarşısını almağın yeganə yolu Qəzzəyə qarşı təcavüzkar müharibəni dayandırmaqdır. Çünki bu müharibə başqa müharibələrin tətikçisidir.

Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam ötən gün bildirib ki, Amerika rəsmilərinin Qırmızı dənizdəki hadisələrlə bağlı onu dünyanın maraqlarına təhdid kimi göstərməyə çalışan açıqlamaları dünyanın diqqətini İsrailin Qəzzada törətdiyi qətllərdən yayındırmaq cəhdidir.

Amerikanın İsraili dəstəkləməyə davam etməkdə israrının bölgədə partlayışa səbəb ola biləcəyinə işarə edən Əbdüssalam vurğulayıb: Amerika bilməlidir ki, Qırmızı dənizin hərbiləşdirilməsi Yəmənin Qəzzada Fələstin müqavimətinə dəstəyi davam etdirməsinə mane olmayacaq.

ABŞ Ordusunun Qərbi Asiyadakı Mərkəzi Komandanlığı (CENTCOM) bu yaxınlarda verdiyi açıqlamada Qırmızı dənizdə Yəmən qüvvələri ilə toqquşduğunu və 10 yəmənli əsgərin öldürüldüyünü açıqlayıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri Centcom-un bəyanatından sonra vurğulayıb ki, ABŞ Yəmən dəniz qüvvələrini şəhid etmək məsuliyyətini öz üzərinə götürməlidir və onun hərəkətləri Yəmən qüvvələrinin Fələstinə qarşı dini və mənəvi borcunu yerinə yetirməsinə mane olmayacaq.

Fələstin xalqına dəstək olaraq Yəmən ordusu bundan əvvəl də bəyanat yayaraq işğal altındakı Fələstin ərazilərinə istiqamətlənmiş heç bir İsrail gəmisinin Babəl-Məndəb boğazı və Qırmızı dənizdən keçməsinə icazə verməyəcəyini bəyan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + sixteen =