Yəmənlilərin Qəzza xalqına dəstək üçün kütləvi nümayişləri

Yəmənlilərin Qəzza xalqına dəstək üçün kütləvi nümayişləri

Bu gün Yəmənin müxtəlif şəhərləri Qəzza xalqına dəstək üçün kütləvi nümayişlərə səhnə olub.

Əl-Məyadin şəbəkəsinin cümə günü verdiyi məlumata görə, Yəmən xalqı bu ölkənin paytaxtı Sənada da daxil olmaqla müxtəlif şəhərlərdə “Qələbəyə qədər sizinləyik və Amerika bizi dayandırmayacaq.” adı altında Qəzzə xalqına dəstək məqsədilə genişmiqyaslı nümayişlər keçirib.

Nümayişçilər Qəzzada sionist rejimin cinayətkar hərəkətlərini pisləməklə, bu rejimin ABŞ-ın dəstəyi ilə törətdiyi cinayətləri tənqid edib.

Onlar Fələstin xalqına dəstək üçün xalq yürüşlərinin davam etdirilməsini də vurğulayıblar.

Bu nümayişin yekun bəyanatında Yəmən silahlı qüvvələrinin Fələstin xalqına dəstək hərəkətləri təqdir edilib. Həmçinin, Fələstində, xüsusilə Qəzza, Cənubi Livan və İraqda Müqavimətinin qəhrəmancasına əməliyyatları yüksək qiymətləndirib.

Bu bəyanatın bir hissəsində bəzi ölkələrin sionist rejimə dəstək üçün dəniz və beynəlxalq koalisiyanın yaradılmasına qarşı çıxan mövqeləri də yüksək qiymətləndirilib.

Yəmən xalqı Amerikanın sionist rejimə dəstəyini və Qəzzada cinayətlərin qarşısını ala bilməməsini, həmçinin sionist rejimin Qəzzada fələstinlilərə qarşı təcavüzü ilə bağlı ərəb və islam hökumətlərinin susqunluğunu pisləyiblər.

Yəmənlilər ərəb və islam xalqlarından və dünyanın bütün azad insanlarından yürüş və nümayişlər keçirməklə sionist rejim və onun havadarlarına qarşı təzyiqlərini davam etdirmələrini istəyiblər.

Eyni zamanda, ərəb və islam xalqlarından sionist və amerikan mallarını boykot etmələri istənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 3 =