Yəmənlilərin təhdidlərinin ardınca Eylat limanına 85 faizlik xəsarət dəyib

Yəmənlilərin təhdidlərinin ardınca Eylat limanına 85 faizlik xəsarət dəyib

Yəmən xalq komitələrinin sionist rejimin tabeliyində olan gəmilərin Babulməndəb boğazından keçmələrinin əngəllənməsinə dair tədbirləri Eylat limanına 85 faizlik xəsarətdən əlavə, bu rejimin iqtisadiyyatı üçün ciddi böhran yaradıbdır.

İşğal olunmuş ərazilərdə yerləşən Eylat limanının baş direktoru Cədun Culber bildiribdir ki, yəmənlilərin gəmilərin işğal olunmuş ərazilərə hərəkətinin qarşısını almaq üzrə təhdidləri bu limanın mənfəətinin səksən-səksən beş faiz itirilməsinə bais olubdur.

Culber əlavə edib: Yəmənlilərin təhdidləri bais olubdur ki, bu liman ötən ayın ortalarından bəri kəskin xəsarətlərlə üzləşsin.

O, sonra deyib: Təl-Əviv bu məsələdən nigarandır ki, Babulməndəb boğazı Qırmız dəniz tərəfdən Eylat limanına doğru hərəkət edən və ya Süveyş kanalından keçən ticarət gəmilərinin üzünə tam şəkildə bağlansın. Bu məsələ, şərqdən İsrailə doğru hərəkət edən yükdaşıyıcılarının səfərlərini beş həftə uzada bilər.

İşğal olunmuş ərazilərdə yerləşən Eylat limanının baş direktoru həmçinin söyləyib: Bu şəraitdə gəmilər Cəbəlüttariq boğazı vasitəsilə Aralıq dənizinə daxil olmaq üçün Afrika qitəsini dolanmağa məcbur olacaqlar.

Sionist rejimin on üçüncü telekanalı da bir məlumatda bildiribdir ki, bu rejimin Qırmızı dənizdən keçən/ şərqdən idxalat həcmi ildə 95 milyard dollara bərabərdir və qəsb edilmiş ərazilərə tərəf olan dənizçilik marşrutunun dəyişməsi, import malların qiymətlərinin üç faiz artmasına bais olacaq və bu məsələ İsrailə üç milyard dollardan yuxarı dəyərdə malilyyə yükü icbar edə bilər.

Rəsmi Səna və Yəmən xalq komitələri bildiriblər ki, Qəzzə zolağı qida və dərman preparatları kimi özünə lazım olan ticarət mallarını almayacağı zamanadək hansı ölkəyə aid olmalarından asılı olmayaraq, işğal olunmuş ərazilərdəki limanlara doğru hərəkət edən bütün gəmilərin keçidinə mane olacaqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 1 =