Yanvar-aprel aylarında Türkiyənin İsrailə hazır geyim məhsulları ixracı 108 milyon dollar olub

Yanvar-aprel aylarında Türkiyənin İsrailə hazır geyim məhsulları ixracı 108 milyon dollar olub

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin İsrailə hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz azalaraq, 108 milyon dollara bərabər olub.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə İsrailə 21,8 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 41,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz azalaraq, 5,8 milyard dollara bərabər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 18 =