Yaponiya, ABŞ və Cənubi Koreya liderləri Xirosimada görüşməyi planlaşdırırlar

Yaponiya, ABŞ və Cənubi Koreya liderləri Xirosimada görüşməyi planlaşdırırlar

“Böyük Yeddilik” (G7) ölkələrinin mayın ikinci yarısında Xirosimada keçiriləcək sammiti zamanı Yaponiyanın Baş naziri Fumio Kişida, ABŞ Prezidenti Cozef Bayden və Cənubi Koreya lideri Yun Seok Yeol arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Jiji” agentliyi məlumat yayıb.

Görüş zamanı üçtərəfli əməkdaşlığın, həmçinin regional problemlərin, o cümlədən Koreya Xalq Demokratik Respublikasının nüvə-raket proqramının və Tayvan ətrafında vəziyyətin müzakirə edilməsi planlaşdırılır.

Xatırladaq ki, üç ölkə liderlərinin bu formatda son görüşü ötən ilin noyabrında Kambocada keçirilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =