Yaponiya, ABŞ və Kanada dəniz təlimlərinə başlayıb

Yaponiya, ABŞ və Kanada dəniz təlimlərinə başlayıb

Yaponiya, ABŞ və Kanada Sakit okeanda Kuril adalarının şərqindəki sulardan Honsyu adasının cənubundakı ərazilərə qədər uzanan zonada birgə hərbi dəniz təlimlərinə başlayıblar.

APA xəbər verir ki, bu barədə Kanadanın Özünümüdafiə Dəniz Qüvvələri məlumat yayıb.

“Noble CHINOOK” təlimi avqustun 28-də başa çatmalıdır. Yaponiya tərəfdən Hyuga helikopter daşıyıcısı, ABŞ-dan “Arleigh Burke” sinifli Benfold esminesi, Kanadadan “Halifax” sinifli Ottava və Vankuver freqatları və təchizat gəmisi MV Asterix təlimlərdə istifadə olunur.

Açıqlamaya görə, təlimlərin məqsədi üç ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirməkdir. Xüsusilə dənizçilər yerüstü hədəfləri məhv etmək üçün bacarıqlarını tətbiq edirlər.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + sixteen =