Yaponiya İrana nüvə sazişini bərpa etməyi təklif edib

Yaponiya İrana nüvə sazişini bərpa etməyi təklif edib

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəsinin nüvə problemini həll etmək üçün Yaponiyanın təşəbbüsünü açıqlayıb.

APA xəbər verir ki, bu barədə “Islamic Republic News Agency” (İRNA) məlumat yayıb.

XİN rəhbərinin sözlərinə əsasən, rəsmi Tokio İranın “5+1” qrupu ölkələri ilə (ABŞ da daxil olmaqla) nüvə sazişini bərpa etmək təşəbbüsünü irəli sürüb.

Abdullahian Yaponiya hökumətinin təşəbbüsünün təfərrüatlarını açıqlamayıb, lakin bu barədə Tokioya səfəri zamanı öyrəndiyini qeyd edib və bildirib ki, Yaponiya tərəfindən ölkəsinin maraqlarına cavab verən istənilən təşəbbüsün irəli sürülməsini müsbət qiymətləndirir:

“Tehran nüvə sazişinin bərpasında Tokionun konstruktiv rolunu alqışlayır”.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − three =