Yaponiya və Fransa hərbi hava qüvvələrinin birgə təlimləri başlayıb

Yaponiya və Fransa hərbi hava qüvvələrinin birgə təlimləri başlayıb

Tarixdə ilk dəfə olaraq Yaponiya və Fransa hərbi hava qüvvələrinin birgə təlimləri başlayıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə yerli “Kyodo” agentliyi məlumat yayıb.

Təlimdə Yaponiya Hərbi Hava Qüvvələrindən (HHQ) üç F-15 və iki F-2 qırıcısının, Fransa tərəfdən isə iki “Rafale” qırıcısının iştirak edəcəyi bildirilir.

Manevrlər Çinin Hind və Sakit okean regionunda artan hərbi gücü fonunda təhlükəsizlik üzrə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi səyləri çərçivəsində həyata keçirilir.

Agentliyin məlumatına görə, Yaponiya Hava Özünümüdafiə Qüvvələri son 1 il ərzində Almaniya və Hindistan HHQ ilə birgə təlimlər keçirib. Bundan başqa, İtaliya və Avstraliya ilə oxşar manevrlərin keçirilməsi planlaşdırılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + two =