Yaponiyada ərzaq qiymətləri kəskin bahalaşıb

Yaponiyada ərzaq qiymətləri kəskin bahalaşıb

Bu il Yaponiyada ərzaq qiymətlərinin artımının miqyası 2022-ci ilin səviyyəsini keçib.

“Report” xəbər verir ki, bu barədə ölkənin aparıcı statistik mərkəzi olan “Teikoku Databank”ın hesabatında deyilir.

Belə ki, bu il 31,8 min ədəd ərzaq məhsulunda qiymət artımı qeydə alınıbsa, 2022-ci ildə bu, cəmi 25,7 min ədəddə müşahidə olunmuşdu.

Sentyabr ayında bu növ malların 4,6 min ədədində qiymət artımı qeydə alınıb. Xammalın bahalaşması ilə əlaqədar qiymət artımı davam edir.

2022-ci ildə Yaponiyada bütövlükdə ərzaq qiymətləri əvvəlki ilə nisbətən 14% artıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 3 =