Yaponiyada daşqın səbəbindən 10 min insan təxliyə edilib

Yaponiyada daşqın səbəbindən 10 min insan təxliyə edilib

Yaponiyanın Akita prefekturasında leysan yağışlarının səbəb olduğu çay daşğını 10 min sakinin təxliyə edilməsi ilə nəticələnib.

“Report” TASS-a istinadən xəbər verir ki, Akita və qonşu Aomori prefekturasının müxtəlif bölgələrində daha 50 min sakinə daşqın və sürüşmə təhlükəsi ilə əlaqədar təxliyə olunmaq tövsiyə edilib. Zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Yaponiyanın şimalında son 12 saat ərzində rekord səviyyədə – 220 mm yağıntı düşüb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =