Yaponiyada dayanacaqda olan ən azı 100 avtomobil yanıb

Yaponiyada dayanacaqda olan ən azı 100 avtomobil yanıb

Yaponiyanın Atsuqi şəhərindəki avtomobil dayanacağında baş verən yanğında ən azı 100 avtomobil külə dönüb.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd olunub ki, əvvəlcə bir avtomobil yanıb, daha sonra alov yaxınlıqda dayanmış avtomobillərə keçib.

Nəticədə yanğın dayanacağın ikinci mərtəbəsini bürüyüb. Hadisə yerinə 20 yanğınsöndürən avtomobili göndərilib və alov 4 saat ərzində söndürülüb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =