Yaponiyada dünyanın ilk elektrik tankeri suya buraxılıb
Yaponiyanın gəmiqayırma şirkəti “Koa Sangyou” dünyanın ilk elektrik tankerini suya buraxıb.
Gəmi “Asahi Tanker” şirkətinin sifarişi ilə tikilib və onun şərəfinə “Asahi” adlandırılıb.
Tankerin uzunluğu 62 m, neft məhsulu anbarının həcmi isə 1,28 min kubmetrdir. O, ümumi gücü 3480 kVt olan litium-ion batareyaları ilə təchiz olunub.
Tanker 150-180 km məsafə qət etməyə qadirdir və onun tam şarj edilməsi üçün təxminən 10 saat vaxt lazımdır. Həmçinin gəmi fövqəladə hallar zamanı ondan elektrik enerjisi mənbəyi kimi istifadə etməyə imkan verən sistemlərlə təchiz olunub. Bundan əlavə, elektrik mühərriklərindən gələn vibrasiya və səs-küy adi mühərriklərdə olduğundan xeyli aşağıdır ki, bu da ekipaj üçün daha rahat olacaq.
Mənbə: TASS