Yaponlar hökumətə inanmırlar – İstefa olacaq?

Yaponlar hökumətə inanmırlar – İstefa olacaq?

Publika.az xəbər verir ki, baş nazir Fumio Kişidanın rəhbərliyi altında Yaponiya hökumətinə dəstək səviyyəsi kritik hesab edilən 30 faizdən aşağı düşüb. Bu barədə “Mainichi” qəzeti ictimai rəy sorğusunun məlumatlarına istinadən məlumat yayıb.

Nazirlər Kabinetinin reytinqi iyunda 5% aşağı düşərək 28 faiz olub. Fevralda (26%) və dekabrda (25%) isə bu göstərici daha aşağı olub.

Eyni zamanda, may ayında Kişidanın Ukraynaya səfəri zamanı dəstək səviyyəsi 45 faiz olub. Beləliklə, baş nazirin reytinqi 20 faiz azalıb.

Bildirilir ki, 30 faiz göstərici çox vaxt kritik hesab olunur, çünki bu, hökumətin və baş nazirin istefasına səbəb ola bilər. Kişidanın sələfi Yoşide Suqanın kabinetinin reytinqi 29 faizə enəndə, o da belə bir aqibətlə üzləşib.

İyulun 17-də Fumio Kişidanın bəyənmə reytinqinin 2021-ci ildə vəzifəyə gəldiyindən bəri ən aşağı göstərici olan 34,4 faizə düşdüyü bildirilir. Qeyd olunur ki, bu tendensiya əsasən Fukusima-1 atom elektrik stansiyasından (AES) təmizlənmiş tullantı sularının axıdılması ilə bağlıdır. Bundan əlavə, sorğu iştirakçıları hökumətin ölkədə doğum səviyyəsinin aşağı düşməsi ilə mübarizə tədbirlərinə şübhə ilə yanaşırlar.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 8 =