Yaxın vaxtlarda Çin və Rusiya arasında birgə hərbi təlim keçiriləcək

Yaxın vaxtlarda Çin və Rusiya arasında birgə hərbi təlim keçiriləcək

Çin Müdafiə Nazirliyi bu ölkənin Rusiya ordusunun Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ilə birgə hərbi təliminin yaxın vaxtlarda keçiriləcəyini açıqlayıb.

Mehr xəbər agentliyinin Sputnik-ə istinadən verdiyi məlumata görə, Çin hökumətinin Müdafiə Nazirliyi bəyanat yayaraq Rusiya və Çin silahlı qüvvələrinin yaxın vaxtlarda Yapon dənizində birgə hərbi təlim keçirəcəyini açıqlayıb.

Çin Müdafiə Nazirliyinin bəyanatına görə, “Rusiya və Çin silahlı qüvvələri arasında illik əməkdaşlıq proqramına əsasən, Rusiya ordusu tezliklə “Şimal – Əməkdaşlıq 2023″ təlimində iştirak etmək üçün hərbi dəniz və hava qüvvələrini göndərəcək.”

Bu təlimlər strateji dəniz xətlərinin təhlükəsizliyinin qorunması məsələsinə diqqət yetirəcək və onun məqsədi Çin və Rusiya qüvvələri arasında strateji qarşılıqlı əlaqənin təkmilləşdirilməsi, regional sülh və sabitliyin qorunmasında birgə imkanların artırılması, müxtəlif çağırışlara cavab verməkdir.

Son illər Çin və Rusiya Qərbə qarşı müttəfiqlik strategiyası çərçivəsində bir-birinə yaxınlaşıb. Çin bundan əvvəl Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pisləməyib və ya açıq şəkildə dəstəkləməyib, eyni zamanda, Moskva ilə münasibətlərini gücləndirməyə çalışıb.

Çin və Rusiya arasında əməkdaşlıq təkcə hərbi və təhlükəsizlik sahəsində deyil, həm də iqtisadiyyat, siyasət, diplomatiya, mədəniyyət, elm və texnologiya, ictimai səhiyyə kimi sahələrdədir.

Ötən ilin yanvarında Çin Parlamentinin (Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsi) sədri “Li Zhanshu” Rusiya Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə Çinin Rusiyanın bütün təkliflərini tam başa düşdüyünü və dəstəklədiyini vurğulamışdı.

Fevralın 24-də Rusiya Prezidenti televiziya ilə çıxışında elan etdi ki, Ukraynanın şərqindəki Donbas respublikalarının tələbinə cavab olaraq, eləcə də “Ukraynanı de-nazifikasiya və demilitarizasiya etmək” məqsədilə səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanlar müdafiə olunmalı və Ukrayna “neonasistlərdən” təmizlənməlidir və bu məqsədlə Ukraynada “xüsusi hərbi əməliyyatlara” başlamaq əmri vermişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =