Yeddi ölkədə İranda baş verən faciə ilə bağlı matəm elan edib
İranda yaşanan faciə və bi ölkənin mərhum Prezidenti İbrahim Rəisi, onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar yeddi ölkədə matəm elan olunub.
Bu barədə məlumatı İran KİV-i yayıb.
Bildirilib ki, İranda beş, Suriya və Livanda üç, Tacikistanda iki, İraq, Türkiyə, Hindistan və Pakistanda bir günlük matəm elan olunub.
Mayın 19-da göyərtəsində İran prezidentini İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin olduğu helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdəkilərin hamısı həlak olub.