Yediot Aharanot: HƏMAS qələbə yolundadır

Yediot Aharanot: HƏMAS qələbə yolundadır

İsrailli tarixçi Yuval Herari şənbə günü Yediot Aharonot qəzetində Tel-Əvivin Qəzzaya qarşı müharibəsi ilə bağlı qeyd dərc edib və yazıb ki, “həqiqi məqsədləri olmayan müharibə məğlubiyyətin zəmanətli versiyasıdır”.

İsrailli tarixçi Benyamin Netanyahunun siyasətini sərt tənqid edərək deyib: “Baş naziri öz kreslosunu xilas etməklə məşğul olan hökumətin bu müharibədə əsl məqsədi yoxdur.”

Herarinin qeydində daha sonra deyilir ki, Qəzzada qələbə daha çox insan öldürən, daha çox məhbus ələ keçirən, daha çox evi dağıdan və ya daha çox torpaq işğal edən tərəfə deyil, siyasi məqsədlərinə yaxınlaşan tərəfə nəsib olacaq.

Yediot Aharanot qəzetində dərc edilən qeyddə yazılır ki, HƏMAS-ın siyasi məqsədləri kifayət qədər aydındır və onların bəzilərinə artıq nail olunub, bu hərəkat hətta daha çox hədəfə çatmağa vaxt tapıb. Bu məqsədlər yalnız İsrail üçün qeyri-müəyyəndir və ya yoxdur.

Bu israilli tarixçi qeydinin başqa bir hissəsində regionda oktyabrın 7-dən əvvəlki vəziyyəti xatırladıb və yazıb ki, bir vaxtlar İsrail Səudiyyə Ərəbistanı ilə normallaşma sazişini tamamlamağa çox yaxın olub və dünyada mövqeyini dəyişmək istəyirdi, lakin HƏMAS bu prosesi dayandırdı.

Xüsusilə, Herari bütün dünyada anti-İsrail əhval-ruhiyyəsinin artmasına və hətta illərdir İsraillə dostluq edən Qərb ölkələrində belə onun beynəlxalq statusunun “ən aşağı səviyyəyə” enməsinə diqqət çəkərək, deyib: “Müharibədəki hər əlavə bir gün ilə HƏMAS qələbəyə doğru daha bir addım atır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 14 =