“Yeni Müsavat”-ı yalana məcbur edən nədir?
Azərbaycan Respublikasının rəhbərliyinə bağlı olan Yeni Müsavat qəzeti Sionist İsrail rejiminin Beyrutda törətdiyi son cinayəti Azərbaycanlı auditoriyasına məqbul etdirmək üçün özünə məxsus metodla yalan yazıb.
Qəsbkar sionist rejim sentyabrın 27-də Beyruta hava hücumunda Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahı şəhid etdi. Bu terror hücumunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Abbas Nilforuşan da şəhid oldu.
Bu terror aktı, bir neçə gün öncə onlarla livanlı mülkinin şəhid olması və minlərlə insanın yaralanması ilə nəticələnən peycer kiberterrorurunun ardınca baş verdi. Sionist rejim son bir ilə yaxın müddətdə 41 mindən çox fələstinlini Qəzzədə qırğın edib.
Bu qədər cinayətə qarşı susan Azərbaycan mediaları xalq tərəfindən kəskin qınaqların hədəfindədir. Sosial şəbəkələrdəki şərhlər onu deməyə əsas verir ki, Azərbaycan Respublikası xalqı rəsmi Bakının eləcə də hakimiyyətin nəzarətində olan mediaların vəhşi İsrail rejiminə qarşı passivliyindən son dərəcə qəzəblidir. Buddistlər tərəfindən belə pislənilən sionistlərin cinayətlərinə müsəlman Azərbaycanın hökumət mediyasının seyirici qalması elə bir şəraitdədir ki, bu ölkənin qeyrətli xalqının sioniszm cinayətinə qarşı səbr kasası daşıb və o fələstinli və livanlı qardaşlarının kənarında İsrailə qarşı döyüşməyə tələsir. Bu barədə vəliyi-fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amiliyə çoxlu sayda müraciətlər gəlir.
Xalqı belə mövqedə olan Azərbaycan hökumət medialarının vəhşi sionistlərin cinayətləri barədə 180 dərəcə fərqli mövqe tutmaları ictimaiyyətdəki narazılığı pik həddə çatdırır.
Bu reallığı görən Bakı mediyası sionist rejimin cinayətlərini əsaslandırmaq kimi daha çirkin metoda əl atmalı olub.
Yeni Müsavat qəzetinin müqavimət generalı Abbas Nilforuşana qarşı əassız ittihamı və onun 2021-ci ildə guya Azərbaycanı hədələdiyini iddia etməsi də Bakı mediyasının çıxılmaz durumunun göstəricisidir.
Əslində yeni müsavat qəzeti və Azərbaycanın hərhansı digər qəzet və mediası müsəlman ölkəni təmsil etdiyinə görə, jurnalist məsuliyyəti və vicdanını gözardına vurmamalı olduğu üçün qatil sionist rejimi ifşa etməli, ona qarşı müqavimət göstərən cəbhəni dəstəkləməlidir. Məlum səbəblərə görə belə bir normal mövqe nümayiş etdirməkdən aciz qalan Yeni musavat kimi medialar öz anormal mövqelərini əsaslandırmaq və xalqa nəyə görə cinayətkarı dəstəklədiklərini inandırmaq üçün cinayətə məruz qalan tərəfi günahlandırmalı olurlar. Bu tərs xətt bütün Azərbaycan medialarının İsrail rejimi ilə bağlı informasiya və şərhlərində tamamiylə müşahidə olunmaqdadır.
Şəhid General Abbas Nilforuşana gəldikdə isə, O ömrünün son beş ilində Livan və Suriyada müqavimət rəhbərlərinin yanında duraraq, qatil sionistlərin planlarına qarşı fəaliyyət göstəririrdi. Həmən planlar ki, Azərbaycan da daxil, bütün islam dünyasını hədəfə alır.