“Yeni virus sürətlə yayılır” – ÜST xəbərdarlıq etdi
Koronavirusun Omikron ştammının alt variantı sürətlə yayılır.
Bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artan statistika barədə məlumat yayıb.
“JN.1” adlı virus dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan, Çin və ABŞ-də aşkarlanıb.
ÜST sözügedən virusun hazırda ictimaiyyət üçün az riskli olduğunu qeyd edib. Lakin Covid-19 və digər infeksiyaların bu qış arta biləcəyi barədə də xəbərdarlıq edib.
“Qrip və respirator viruslar da şimal yarımkürəsində artmaqdadır”, – deyə məlumatda qeyd olunub.