Yoav Qalant: “İsrail HƏMAS məğlub olana qədər dayanmayacaq”

Yoav Qalant: “İsrail HƏMAS məğlub olana qədər dayanmayacaq”

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrail HƏMAS-ı məğlub edənə qədər dayanmayacaq.

Bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant çıxışı zamanı deyib.

“Biz HƏMAS məğlub olana qədər dayanmayacağıq. HƏMAS-ın İsrailə qarşı vəhşicəsinə hücumu, uşaqları, qadınları və kişiləri öldürməsi, zorlaması və işgəncə verməsindən yüz gün keçdi. Biz qalib gələnə qədər dayanmayacağıq” ,- deyə o bildirib.

Nazirin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri İsrail tarixində “ən ədalətli müharibə” aparır. “Biz qəddar düşmənlə üz-üzə qalsaq da, əxlaqi və peşəkar standartları qoruyub saxlamaqda davam edirik, dinc sakinləri terrorçulardan ayırmaq üçün tədbirlər görürük”,- deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 4 =