Yunanıstanda mason lojasının mənzil-qərargahı qarşısında partlayış törədilib

Yunanıstanda mason lojasının mənzil-qərargahı qarşısında partlayış törədilib

İyulun 13-də Yunanıstanın paytaxtı Afinada mason lojasının mənzil-qərargahı qarşısında partlayış törədilib.

“Report” “newsru.co”ya istinadən xəbər verir ki, bu barədə yerli polis əməkdaşları bildirib.

Məlumata görə, xəsarət alan olmayıb, binaya ziyan dəyib. Bildirilib ki, hadisə yerinə cəlb edilən sapyorlar daha bir minanı zərərsizləşdiriblər.

Şahidlər bildirib ki, hadisə yerindən qaçan kişi “masonlara lənət” deyə qırşqırırmış.

Partlayışı törədən tutulmayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + twenty =