Yüz min il əvvəlki istilər geri döndü – Dünya məhv olacaq?

Yüz min il əvvəlki istilər geri döndü – Dünya məhv olacaq?

Publika.az “CNN”ə istinadən xəbər verir ki, 2023-cü il rekord istilərin ola biləcəyi ehtimalı artır. İqlim böhranı havanı ciddi şəkildə dəyişdirə bilər.

Alimlər qlobal temperaturun son sıçrayışını bir neçə üsulla təsvir ediblər. Havanı qeyri-adi, dəhşətli və təsvir edilməmiş adlandırıblar. Bu həftə planetin orta gündəlik temperaturu ABŞ və Avropada iki iqlim agentliyinin statiskasına görə, yüksək səviyyəyə qalxıb.

Qeydlər yalnız 20-ci əsrin ortalarına aid olan məlumatlara əsaslansa da, demək olar ki, planetin uzun müddət ərzində gördüyü ən isti havadır. Yəqin ki, ən azı 100.000 il əvvəl belə isti olub.

Araşdırmalar Mərkəzinin baş elmi işçisi bildirib ki, bu həftə dünyada rekord isti günləri kimi qeydə alınıb. Ötən gün dünya üzrə orta temperatur 17.23°C-ə (63.01°F) yüksəlib. Bundan əvvəlki ən isti orta sutkalıq temperatur rekordu 2016-cı il avqustunda olub.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =