Zaxarova Ermənistan rəsmilərini SƏRT QINADI: “Həyasız ritorika…”

Zaxarova Ermənistan rəsmilərini SƏRT QINADI: “Həyasız ritorika…”

Publika.az xəbər verir ki, Zaxarovanın şərhi Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın yolu ətrafında vəziyyət və Rusiya sülhməramlıları ilə bağlı tənqidi bəyanatlarına cavab olaraq gəlib.

“Düşünürəm ki, rəzillik kimi bir şeylə sərhədlənən bu ictimai ritorika erməni siyasətçilərinə pis xidmət edir. Başa düşürəm. Yəqin ki, onların hamısının öz rolu var – kim nə deyir, necə deyir, amma mən əminəm ki, belə ifadələr işlətmək erməni cəmiyyətini təmsil edən insanları yaxşı göstərmir. Biz onları son vaxtlar çox görmüş və eşitmişik”, – o, çərşənbə axşamı brifinqdə bildirib.

O, vurğulayıb ki, əgər Ermənistan Rusiya tərəfi ilə ekspert və “lazımi siyasi səviyyədə danışmaq istəyirsə, bunun üçün hər cür imkan var.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdığını bildirib. O qeyd edib ki, Rusiya sülhməramlıları Laçın yoluna nəzarət etmir, çünki Rusiya bunu istəmir, ya da bacarmır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =