Zaxarovadan KXDR raketinin Rusiyanın iqtisadi zonasına düşməsi ilə bağlı açıqlama-Yenilənib

Zaxarovadan KXDR raketinin Rusiyanın iqtisadi zonasına düşməsi ilə bağlı açıqlama-Yenilənib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şimali Koreyanın buraxdığı “Hvason-18” (“Hwasong-18”) qitələrarası ballistik raketinin Rusiyanın müstəsna iqtisadi zonasına düşməsi ilə bağlı xəbəri şərh edib.

O, bu barədə təsdiqlənmiş məlumatın olmadığını bildirib.

“Hazırda bizim müstəsna iqtisadi zonamıza raketin düşməsi ilə bağlı heç bir təsdiqlənmiş məlumat yoxdur”, – deyə XİN sözçüsü özünün “Telegram” kanalında yazıb.

13:40

Şimali Koreyanın iyulun 12-də buraxdığı “Hvason-18” (“Hwasong-18”) qitələrarası ballistik raketi Rusiyanın müstəsna iqtisadi zonasına düşüb.

Bu barədə BMT baş katibinin köməkçisi Xalid Hiari BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 7:00) Pxenyan bölgəsindən buraxılan raket təxminən 1001 km uçaraq 6648,4 km yüksəkliyə çatıb və sonda Rusiya Federasiyasının eksklüziv iqtisadi zonasında dənizə düşüb.

“Uçuşun təxminən 74 dəqiqə davam etdiyi bildirilir ki, bu, Şimali Koreyada potensial olaraq ən uzun ballistik raket uçuşudur”, – deyə baş katibin köməkçisi bildirib. O, məlumatların mənbəyini açıqlamayıb.

Hiari, həmçinin qeyd edib ki, BMT-nin baş katibi Antonio Quterreş qitələrarası ballistik raketin buraxılışını pisləyib. Rusiya tərəfi hələlik vəziyyətə münasibət bildirməyib.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + six =