Zimbabvedə mədən çöküb, ölənlər var

Zimbabvedə mədən çöküb, ölənlər var

Zimbabvenin şimalındakı Çequtu şəhərində mədən çöküb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə cümə günü səhər saat 10 radələrində (Bakı vaxtı ilə 11:00 – Qeyd) baş verib.

Nəticədə 34 nəfər dağıntılar altında qalıb. Onlardan 13-ü xilas ola bilsə də, azı 6-sı həlak olub.

Hazırda 15 nəfərin axtarışları davam edir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 14 =