ABŞ Ekvadora qoşun göndərəcəkmi?

ABŞ Ekvadora qoşun göndərəcəkmi?

ABŞ iğtişaşların hökm sürdüyü Ekvadora qoşun göndərməyi düşünmür.

Bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bununla bağlı heç bir plan yoxdur, lakin təbii ki, biz Ekvador hökuməti ilə onların nəyə ehtiyacı ola biləcəyi, ola bilsin ki, istintaqda hansısa yardım haqqında danışmağa hazırıq”, – Kirbi vurğulayıb.

Xatırladaq ki, bir neçə gün öncə Ekvadorun ən məşhur “Los Çoneros” cinayətkar qruplaşmasının “Fito” ləqəbli rəhbəri Adolfo M.V həbsdən qaçmışdı. Ekvador Prezidenti Daniel Noboa mafiya liderinin həbsdən qaçması ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırmış, ölkədə 60 günlük fövqəladə vəziyyət elan etmişdi. Bunun ardınca cinayətkarların polisə hücumları, əsir götürdükləri hüquq-mühafizə orqanı əməkdaşlarını vəhşicəsinə qətlə yetirmələrini əks etdirən görüntülər yayıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =