Amerika paxıllıq üzərində qurulmuş sistemdir

Amerika paxıllıq üzərində qurulmuş sistemdir

Dövlət katibinin köməkçisi O’Brayenin “ABŞ-ın Azərbaycana münasibəti əvvəlki kimi olmayacaq” bəyanatı təsdiqini tapır; “Ya Amerikanın yanında olursun, ya yox olursun” hədəsi daha keçərli deyil…

Bu həftə ABŞ-Azərbaycan münasibətləri yenə diqqət mərkəzində oldu. Dövlət katibi Blinkenin Prezident Əliyevə zəngində yenə insan haqları mövzusunu ortaya atmasını, Konqresdə anti-Azərbaycan kampaniyasının genişlənməsini, dini azadlıqlarla bağlı hesabatda ölkəmizə qarşı növbəti qaralama cəhdini, Qarabağdan köçüb getmiş ermənilərin sayını şişirdərək az qala ordumuzu soyqırımda günahlandırmaq niyyətini yada salmaq kifayətdir. Dövlət Departamentinin Avropa və Avrasiya Bürosundakı müavini, O’Brayenin hələ ötən ilin sonunda “ABŞ-ın Azərbaycana münasibəti daha əvvəlki kimi olmayacaq” bəyanatı demək olar ki, təsdiqini tapır.

Rəsmi Vaşinqtonun yaxınlaşmaqda olan noyabr seçkisində ermənilərin səsini qazanmağa hesablanmış anti-Azərbaycan addımlarına paralel olaraq Ermənistanın başını sığallaması, hərbi yardımlar da bağlı qərarların verilməsi əslində bu prosesin nəyə hesablandığını ortaya qoyur.

6d8a455dd1f1892360f392e03390e857.jpeg (577 KB)

Dünyada ABŞ qədər çoxüzlü dövlət axtarmayın, tapmazsınız. Dostluğu ilə düşmənçiliyi arasında sərhəd olmayan, xaraba qoyduğu ölkələrdən qorxaqcasına qaçan, Yaxın Şərqdəki çocuq qətllərinə belə haqq qazandırmağa üzü olan, mərdi qova-qova namərd edən bir sistemdir Amerika dövləti. Heç bir ölkəyə indiyədək xoşbəxtlik, sabitlik gətirməyib Amerika. Nə sirdirsə, heç bir ölkəni də sabit və xoşbəxt görməyə gözləri yoxdur. Amerika paxıllıq üzərində qurulmuş sistemdir. Rəqabət yox, məhz paxıllıq. Çini heç yada salmayaq, Ukrayna buna ən bariz nümunədir. 2014-cü ilədək Ukrayna Avropanın ən stabil və dinc ölkələrindən biri idi. Hər ölkədə olan sosial problemlər Ukraynada da vardı, amma xalq dinc yaşayırdı, hara gedirdin insanların üzündə məmnunluq görərdin. Dağıtdılar o cür ölkəni, indi əhalisinin ən azı 10 milyonu dərbədər həyat yaşayır. Avromeydan avantürası ilə ürəkləri soyumadı, sonu görünməyən müharibəyə də sürüklədilər. Demokratiya pərdəsi altında bir sürü qəddar kapitalistlərin varlanması prosesidir bu müharibə…

Gürcüstanı hələ yıxa bilmədikləri ağıllı hökuməti sayəsində ABŞ-ın “statı” olmaq istəmir, “xarici agent” qanun qəbul edilərsə Tiflisdə ofis qurub oturmaq və oradan siyasət müəyyən etmək daha da çətinləşəcək. Ona görə özlərinin ötən əsr qəbul etdikləri qanuna qarşı çıxırlar.

amerikadakariyer.jpg (135 KB)

Azərbaycanı da dəfələrlə qarışdırmaq cəhdlər olub. Azərbaycan müstəqil siyasət tərəfdarıdır və ABŞ-ın özünü “patron”u kimi yox, tərəfdaşı kimi qəbul edərək əlaqələrin inkişafını istəyir. Qarabağda separatizmin kökünü kəsən və suveren ərazisini tam bərpa edən Azərbaycana “erməni kartı” üzərindən təzyiq etmək daha müşkül işdir. Minsk Qrupu sıradan çıxıb, ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi formal postdur. Rusiyanın Qarabağda anti-Azərbaycan xəttindən tam imtinası, sdülhməramlılarını çıxarmaq qərarı da Vaşinqtonu ciddi narahat edib. Hələ bir neçə ay əvvəl Makron açıq demişdi ki, Azərbaycanla Rusiya bölgədə bir-birinə yaxın siyasət aparır. Bu səbəbdən Konqresdəki mənasız qanun layihələri, hansısa məmurlara sanksiya tətbiqini gündəmə gətiriblər. ABŞ hələ də elə zənn edir ki, güclü Azərbaycan olmadan Cənubi Qafqaz siyasətində hansısa uğur əldə bilər.

Rəsmi Bakı bölgəyə kənar müdaxilələrə qarşıdır. “3+2” platformasını-Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İranı regional təhlükəsizlik üçün prioritet elan edib. Blinkenlə son telefon danışığında da Prezident Əliyev belə mövqeyi sərgiləyib. Aydındır ki, bu da Vaşinqtonun planlarına uyğun deyil. Çünki İran və Rusiya ABŞ-ın regionda düşmənləri, Türkiyə isə rəqibidir. Azərbaycanın Ermənistan istisna olmaqla bu ölkələrlə qarşıdurmaya cəlb etmək cəhdləri əbəsdir və bunu ABŞ yaxşı başa düşür.

422343380_0_-1_2051_1289_1920x0_80_0_0_00aed0ebf71c4fac9c129d38a74dc362 (1).jpg (536 KB)

Ermənistan isə indi Qafqazın ən zəif bəndidir, qarmağı bu səbəbdən onlara atıblar. Həm məğlub, həm revanşçı. İrəvan indi Qafqazda Qərbin “ikinci Ukrayna”sı roluna həvəslənib. Allah ağıl versin…

Amerika əvvəlki hegemon mövqeyini itirdiyi reallığını qəbul edə bilmir. Amma fakt odur ki, dünya təkcə ABŞ-dan deyil, hətta 5-dən də böyükdür. “Ya Amerikanın yanında olursun, ya yox olursun” hədəsi daha keçərli deyil. Ya hamıyla dil tapmağa çalışmalısan, ya da özünə aid olmayan işlərə burnunu soxmamalısan. İndi belə güclü, sözükeçəndirsə, Yaxın Şərqdə ən yaxın müttəfiqi İsrailin cəlb olunduğu müharibəni dayandırsın. ABŞ Azərbaycana münasibətdə yanlışını gec-tez anlayacaq. Ümid edək ki, o zaman Vaşinqton üçün o qədər də gec olmayacaq…

Nazim SABİROĞLU,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + 10 =