Amerikada daha 18 tələbə həbs edilib

Amerikada daha 18 tələbə həbs edilib

Amerikanın Texas ştatında təhlükəsizlik qüvvələri Qəzzada sionist rejimin cinayətlərinə etiraz edən tələbələrin nümayişi və oturaq aksiyasına hücum edərək 18 tələbəni həbs ediblər.

Mehr Xəbər Agentliyinin Reuters-ə istinadla verdiyi məlumata görə, Amerika polisi və təhlükəsizlik qüvvələri Texas tələbələrinin toplaşdığı əraziyə hücum edərək 18 tələbəni döyərək həbs edib.

Qəzzada Fələstin xalqına dəstək məqsədilə Los-Ancelesdən Nyu-Yorka qədər tələbələrin sionist rejimə qarşı etirazlarının artması ilə yeni anti-sionist dalğası dünyada sanki bir zəlzələyə səbəb olub.

Əl-Nəşrə Livan xəbər saytı çərşənbə günü Amerika mətbuatına istinadən xəbər verir ki, Nyu York şəhərinin meri Erik Adams Nyu-York polisi dünən Kolumbiya Universiteti və Siti Kollecində Fələstinə dəstək  nümayişlərində iştirak edən 300 tələbəknin həbsindən xəbər verib.

“CBS” telekanalına müsahibə verən Adams həbs olunanların əksəriyyətinin tələbə olmadığını iddia edib. O, həmçinin iddia edib ki, polis toplantılarda iştirak edən təşkilat və şəxsləri “peşəkar iğtişaşçılar” kimi təqdim edib.

CNN dünən, (1 may)  son günlər Qəzza müharibəsinə etiraz edən ən azı 1000 amerikalı tələbə Amerika polisi tərəfindən həbs edildiyini yazıb.

Məlumata görə, bu tələbələr Amerikanın 21 ştatında 25 fərqli universitetdə həbs edilərək təhlükəsizlik mərkəzlərinə göndərilib.

Son günlər Amerikanın müxtəlif universitetləri Qəzzada müharibəyə, sionist rejimin cinayətlərinin davam etdirilməsinə, həmçinin Vaşinqtonun Təl-Əvivə davamlı dəstəyinə qarşı tələbələrin ciddi etirazlarına səhnə olub.

https://www.aparat.com/v/puhoC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − five =