Amerikanın zirehli maşınları işğal olunmuş Fələstinə çatdı

Amerikanın zirehli maşınları işğal olunmuş Fələstinə çatdı

Prezident Co Baydenin İsrailə səfərinin ardınca ölkəsinin peşkeş zirehli maşınları da Fələstinə çatdırılıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Əl Cəzirə telekanalı Qəzzə şəhidlərinin 4 minə çatması xəbəri ilə birlikdə ABŞ zirehli maşınlarının da Fələstinə çatdığından xəbər verib.

Fələstin informasiya qaynaqları bu gün (19 oktyabr) ABŞ zirehli maşınlarının İsrail rejim hava limanında yerə endirildiyindən xəbər verib.

Sionist 11-ci kanalının müxbiri İtay Blomental X sosial hesabında yazıb ki, gələn həftə ABŞ-ın yük təyyarələri yenə də hərbi təchizat gətirəcək.

Xatırladaq ki, Co Bayden qeyd-şərtsiz İsrailə hərbi təchizat göndərməkdə əlindən gələni əsirgəməyəcəyini dəfələrlə qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 4 =