BAEA rəhbəri İran XİN başçısına birgə bəyanatın müddəalarını əməldə işə salmağı təklif edib

BAEA rəhbəri İran XİN başçısına birgə bəyanatın müddəalarını əməldə işə salmağı təklif edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşündə 2023-cü ilin martında Agentliyin və rəsmi Tehranın imzaladığı, İranın nüvə obyektlərinə nəzarət üzrə daha geniş imkanlar təmin edən birgə bəyanatın əməldə işə salınması üzrə konkret addımlar təklif edib.

Bu barədəTASS xəbər verir.

“Etimadın gücləndirilməsi və şəffaflığın artırılması prosesini bərpa etmək üçün 4 mart 2023-cü il tarixli birgə bəyanatın əməldə işə salınması üzrə bir sıra konkret praktiki tədbirlər təklif etdim”, – BAEA rəhbəri “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, BAEA və İranın Atom Enerjisi Təşkilatının 4 mart 2023-cü il tarixində yaydığı birgə bəyanatda rəsmi Tehranın Agentliyə yoxlama və monitorinq fəaliyyətlərini həyata keçirməyə icazə vermək niyyəti, habelə İranın üç nüvə obyektinə girişi təmin etməyə hazır olması qeyd olunub. Tərəflər İranın hüquq və öhdəlikləri və Agentliyin səlahiyyətləri çərçivəsində qarşılıqlı fəaliyyət göstərmək barədə razılığa gəlmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 16 =