Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”

Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”

“ABŞ hegemon statusunu itirib”.

Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib.

Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığını bildirib.

“Biz həmçinin Çinin yüksəlişini və onun fövqəldövlət kimi meydana çıxmasını görürük”, – siyasətçi qeyd edib.

Onun qiymətləndirməsinə görə, bu vəziyyət çox da xoşagələn mənzərə deyil və Avropanın tezliklə məhv ola biləcəyini göstərir.

“Bunun fonunda Aİ və Böyük Britaniyanın rolunu müəyyən etmək lazımdır. Bu, bizim artan təhdidlərə necə cavab verməyimizdən asılı olacaq”, – deyə o yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + fourteen =