Borrell: Biz yəmənlilərə qarşı hərbi əməliyyatlarda iştirak etmirik
Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri bəyan edib ki, Avropa İttifaqının Qırmızı dənizdəki dəniz missiyası yalnız ticarət gəmilərinin müşayiəti ilə məşğul olacaq və yəmənlilərə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək.
İRNA-nın məlumatına görə, Josep Borel çərşənbə günü Brüsseldə Avropa İttifaqının müdafiə nazirlərinin qeyri-rəsmi iclası ərəfəsində jurnalistlərə deyib: Avropa İttifaqının Qırmızı dənizdəki dəniz missiyası yalnız ticarət gəmilərinin müşayiəti ilə məşğul olacaq və onları husilərin hücumlarından müdafiə edəcək. Təbii ki, heç də bütün ölkələr bu missiyada iştirak etmək istəmir.