Bu ölkə ABŞ hərbi bazalarının açılmasına qarşıdır

Bu ölkə ABŞ hərbi bazalarının açılmasına qarşıdır

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Laos Sənaye və Ticarət Nazirliyinin Sənaye və Ticarət İnstitutunun baş direktoru Keomorakot Sidlakone ABŞ-ın hərbi bazalarının Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv olan ölkələrdə yerləşdirilməsinə qarşı çıxış edib.

Bu bəyanat XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində verilib. Keomorakota görə, ASEAN ölkələri dünya siyasətində fərqli yanaşmalara görə öz aralarında mübahisə edirlər.

“Bir neçə ölkə ABŞ hərbi bazalarının açılmasını təklif edir. Amma biz ASEAN-da əcnəbilər tərəfindən hərbi bazaların açılmasını istəmirik”, – deyə nazirliyin sözçüsü bildirib.

Bundan əlavə, Keomorakot Rusiya ilə Laos arasında diplomatik əlaqələrin uzun tarixindən və ticarət-iqtisadi əməkdaşlığın yüksəlişindən danışıb. O vurğulayıb ki, Laos heç vaxt Rusiya ilə diplomatik əlaqələri kəsməyəcək.

Bundan əvvəl Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində çıxış edib. O, ikinci dərəcəli sanksiyalar praktikasını “Vaşinqtonun və onun peyklərinin sanksiya siyasətinin müstəmləkəçilik mahiyyəti” adlandırıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − 5 =