Ekspert: “ABŞ-Ermənistan təlimləri Paşinyanın çarəsizliyindən xəbər verir”

Ekspert: “ABŞ-Ermənistan təlimləri Paşinyanın çarəsizliyindən xəbər verir”

“ABŞ-Ermənistan hərbi təlimləri baş nazir Nikol Paşinyanın çarəsizliyindən xəbər verir”.

Bunu “Report”a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Qriqori Trofimçuk deyib.

Ekspert qeyd edib ki, Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi Vaşinqtonun Cənubi Qafqaza daxil olmağa başlamasından xəbər verir: “Bu, ABŞ-ın Cənubi Qafqazda olması üçün ilk fürsət deyil, Gürcüstanı da unutmaq olmaz. Amma indiki mərhələdə Ermənistan daha aktual istiqamət kimi görünür. ABŞ regionda müharibəyə başlamayacaq, ancaq təhlükəsizlik boşluqlarından mütləq istifadə edəcək”.

“Əgər Ermənistan özünü “pis apararsa”, onu asanlıqla Gürcüstanla toqquşdura bilərlər. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməkdən ümidini artıq kəsib. Ona elə gəlir ki, bu tərəfdən onun itirəcəyi heç nə yoxdur və ABŞ-la tərəfdaşlıqda ancaq qazana bilər”, – Q.Trofimçuk bildirib.

Xatırladaq ki, sentyabrın 11-dən 20-dək Ermənistanda ABŞ-la “Eagle Partner 2023” birgə hərbi təlimləri keçirilir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 1 =