Əmir Abdullahian: Qəzzada davamlı atəşkəs üçün hər şey hazırdır

Əmir Abdullahian: Qəzzada davamlı atəşkəs üçün hər şey hazırdır

İran XİN başçısı Amerika və Qərbin vədlərini yerinə yetirdiyi təqfirdə Qəzzada atəşkəsin yaradılması üçün hər şeyin hazır olduğunu vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Hüseyn Əmir Abdullahian hökumətin idarə heyətinin bugünkü (8 may) iclası çərçivəsində deyib: Həmas Misir və Qətərin təklif etdiyi təşəbbüsə öz prinsipləri çərçivəsində cavab verdi. Amma amerikalılar və qərblilər vədlərinə əməl etsələr, davamlı atəşkəs və Qəzzada problemi həll etmək üçün hər şey hazırdır.

Əmir Abdullahian İran və Misirin diplomatik əlaqələr qurmaqda qərarlı olduğuna işarə edərək deyib: Mən misirli həmkarımla söhbət imdə normal münasibətlərə qayıtmaq üçün yol xəritəsi hazırladıq. Qonşularımızla möhkəm münasibətimiz var və əməliyyat başlamazdan iki gün əvvəl Amerika bazasının yerləşdiyi ölkələrə sionist rejimin bölgədəki cinayətlərinə görə cəzalandırılacağı barədə məlumat verdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − five =