Ərbəin günü

Ərbəin günü

Sentyabrın 6-sı Ərbəin günüdür.

Ərbəin günü (ərəb. الأربعين‎‎ qırxıncı gün) şiəlikdə, hicri təqvimilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının iyirminci günüdür. Bu gündə, Məhərrəm ayının onuncu günündə, Kərbəlada şəhid olan İmam Hüseyn (ə) və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. İmam Hüseynin (ə) müqəddəs məzarı ilk dəfə Ərbəin günündə ziyarət edilmişdir. Ərbəin günündə dünyada ən böyük anma mərasimləri keçirilir. Məhz 2022-ci ildə Ərbəin günü münasibətilə 20 milyondan çox insan Kərbəlaya gəlmişdir.

shafaqna.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × two =