Fələstinli şəhidlərin sayı 17 min 487-yə yüksəlib

Fələstinli şəhidlərin sayı 17 min 487-yə yüksəlib

Qəzza Səhiyyə Nazirliyi fələstinli şəhidlərin sayının 17 min 400-ü keçdiyini və İsrail ordusunun yaralıların xəstəxanalara köçürülməsinə icazə vermədiyini açıqlayıb.

Qəzza Səhiyyə Nazirliyi bu gün (cümə günü) axşam saatlarında İsrailin Qəzza zolağına hücumlarının başlamasından bu yana fələstinli şəhidlərin sayının artaraq 17 min 487-yə çatdığını və 46 mindən çox yaralının olduğunu açıqlayıb.

Bununla bağlı Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudrə bildirib ki, son bir neçə saat ərzində 313 şəhid və 558 yaralı Qəzza xəstəxanalarına köçürülüb.

Yenə də dağıntılar altında və küçələrdə qalan şəhidlərin sayı olduqca çoxdur.

Eyni zamanda o, fələstinli şəhidlərin 70%-nin qadın və uşaqlar olduğuna, İsrail ordusunun məktəblərə və yaşayış məhəllələrinə hücum etdiyinə və fələstinli ailə üzvlərini kütləvi şəkildə qətlə yetirməsinə diqqət çəkib.

Əşrəf Əl-Qudrə daha sonra deyib: İşğalçılar təcili yardım maşınlarının hərbi qüvvələrin olduğu bölgələrə daxil olmasına mane olur və xilasedici qüvvələrin yaralıları xəstəxanalara çatdırmasına imkan vermirlər, yaralılar isə qanaxmadan ölürlər.

O, sözlərinin başqa bir hissəsində İsrail ordusunun Qəzzanın tibb heyətinin 36 əməkdaşını, o cümlədən, “Əş-Şifa” tibb kompleksinin müdirini həbs etdiyini və onların hazırda ağır və qeyri-insani şəraitdə yaşadıqlarını xatırladıb.

Oktyabrın 7-dən sionist rejim Qəzzə zolağına qarşı şiddətli hücumlara başlayıb və bu bölgənin bütün məhəllələrini tamamilə mühasirəyə alıb.

Rəsmi Fələstin və BMT mənbələrinə görə, İsrail ordusu Qəzzada bir çox kritik infrastrukturu məhv edib və bölgəyə yalnız məhdud humanitar yardımın daxil olmasına icazə verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =