Həyfa limanı yenə İraqın İslam müqaviməti hədəfində
![Həyfa limanı yenə İraqın İslam müqaviməti hədəfində](https://sizinyol.org/wp-content/uploads/2024/05/171491799334716300.jpg)
İraq İslami Müqaviməti işğal olunmuş ərazilərdəki Həyfa limanını inkişaf etmiş qanadlı raketlə hədəfə aldığını elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, İraq İslami Müqavimətinin dünənki (5 may) bəyanatında deyilir: Qəzzada Fələstin xalqının işğalı və dəstəyinə qarşı müqavimətin yanaşmasının davamında sionist rejimin Fələstinli mülki vətəndaşları, o cümlədən uşaq, qadın və qocaları qətlə yetirməsinə cavab olaraq İraq İslam Müqavimətinin mücahidləri şənbə günü “Əl-Ərqab” raketləri ilə işğal olunmuş ərazilərdəki Həyfa limanını hədəfə aldı.
Qeyd edək ki, İraq İslami Müqaviməti cümə axşamı gecəsi də Təl-Əvivdə iki mühüm hədəfi hədəf alması barədə bəyanat yaymışdı.
Bəzi mənbələr həmin hədəflərdən birinin Mossad-a bağlı “Gliot” mərkəzi olduğundan xəbər vermişdilər.