Həmas rəsmisi: 30 israilli general və yüksək rütbəli zabit bizdədir

Həmas rəsmisi: 30 israilli general və yüksək rütbəli zabit bizdədir

Həmas rəsmisi digər sionist girovlar arasında 30 İsrail generalı və yüksək rütbəli zabitinin olduğundan xəbər verib.

İRNA-nın məlumatına əsasən, adı açıqlanmayan Həmas rəsmisi bu gün (24 aprel) “Əl Ərəbiyyəl Cədid”ə müsahibəsində deyib: Biz sağ olan israilli məhbusların sayını açıqlaya bilmərik, lakin onların İsrail mediasında sayı açıqlanan statistikadan çox-çox olduğunu deyə bilərik.

Həmas rəsmisi daha sonra deyib: Bu məhbuslar ciddi mühafizə olunan və işğalçı qüvvələrin əli çatmayan yerlərdə saxlanılır və sionistlərin onlar barədə məlumat ama imkanı yoxur.

Benyamin Netanyahu və kabinet nazirləri sionistlərin reaksiyasından və hərbçilərin qəzəb atəşini alovlandırmaqdan qorxaraq əsirlərinin məlumatlarını açıqlamırlar. İsrailli məhbusları azad etməyin yeganə yolu tam atəşkəsə və Qəzza zolağının yenidən qurulmasına gətirib çıxaran ciddi danışıqlardan keçir – deyə Həmas rəmisi əlavə edib.

O, deyib: Sionist rejimin Qəzzə zolağının şimalında və mərkəzində bu ərazilərin təmizləndiyini elan etdikdən sonra yenidən əməliyyat keçirməsi bu rejimin uğursuzluğuna işarədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 4 =