Tramp: Amerikalı tələbələrin İsrailə qarşı nümayişləri utancvericidir

Tramp: Amerikalı tələbələrin İsrailə qarşı nümayişləri utancvericidir

  ABŞ-ın keçmiş prezidenti Manhettendə  amerikalı tələbələrin İsrailə (rejimə) qarşı nümayişi utancverici olduğunu deyib.

İRNA-nın “İndependent”ə istinadən verdiyi məlumata görə, Donald Tramp Amerika prezidentini tənqid edərək, Fələstin tərəfdarlarının bu ölkə universitetlərində keçirilən etiraz və nümayişlərini xaos adlandıraraq Co Baydeni bu etirazların şiddətlənməsinə görə cavabdeh hesab edib.

Tramp həmçinin Co Baydenin paradoksal danışıqlarına işarə edərək deyib: O, səhv sözlər işlədir və bu sözləri işlədərkən səs tonu da səhvdir və kimi dəstəklədiyi məluma deyil. Əlbəttə, onu da deyim ki, Bayden ərəb dünyasının dostu deyil, amma sizə deyə bilərəm ki, o, İsrailin (rejimin) dostu da deyil.

Xatırladaq ki, 7 oktyabr Əl Əqsa Tufanı Əməliyyatından sonra Qəzzə müharibəsində fələstinlilərin soyqırımı ABŞ universitet tələbələri tərəfindən etiraza səbəb olub və ölkənin müxtəlif ali məktəb mərkəzlərində aksiyalar keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − one =